02.07.2017-ci il tarixdə Polis Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Xocalı RPŞ-nin rəisi Eldar Bağırov, müəssisə, idarə rəhbərləri, rayon ziyalıları iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə təzə-tər çiçəklər düzdülər. əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Xocalı rayon Polis Şöbəsinin həyətində keçirilən tədbirdə torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ruhu yad edildi, dövlət himnimiz səsləndirildi.
Sonra Xocalı RPŞ-nin Kadrlar qrupunun kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis leytenentı Elgiz Məmmədov 29 iyun 2017-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haaqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını, Azərbaycan Respublikası Daxili İşlər orqanlarının şəxsi heyətinə ünvanlanmış Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini məruzə ilə tədbir iştirakçılarına çatdırdı.
Daha sonra Xocalı RPŞ-nin rəis köməkçisi, polis polkovnik-leytenantı Məzahir Qəhrəmanovun Azərbaycan Polisinin yaranmasının 99-ci ildönümü ilə əlaqədar məruzəsi dinlənildi.
Təbrik üçün söz Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məmməd Nağıyevə verildi. Məmməd Nağıyev bütün polis işçilərini peşə bayramı münasibətilə təbrik etdi. Ulu Öndərimz Heydər Əliyevə bu əlamətdar günün təsis edildiyi üçün, ona Allahdan rəhmət dilədi. Elimizin-obamızın sevimli oğlu, Ulu Öndər tərəfindən yüksək qiymətləndirilmiş cənab nazir Ramil Usubovun başçılığı ilə bütün polis əməkdaşlarına müvəffəqiyyətlər, cansağlığı, arzuladı.
Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubova verildi. Rayonumuzun başçısı çıxışında bildirdi ki, Xocalı rayon polisinin yaranmasında məqsəd torpaqlarımızı işğaldan qorumaq idi. Xocalı polisi öz torpağını şərəflə qorudu. Vətən uğrunda şəhidlər verdi. Biz torpağımızı öz canımızdan çox istədiyimizi döyüşən şəhidlərimizlə, siravi vətəndaşlarımızla sübuta yetirdik.
Müstəqilliyimizin ilk illərində rəhbərlik Azərbaycan polisinin döyüşmək iqtidarını əlindən almışdı. Onun nəticəsində torpaqlarımız işğal olundu. Ulu Öndərimizin hakimiyyətə qayıdışı ilə Azərbaycanda daxili sabitliyin yaranmasına nail olundu. Polisin xalqa, Vətənə sevgisi, bağlılığı nəticəsində dövlət çevrilişinə cəhdlərin qarşısı alındı.
Cənab nazir Ramil Usubov Vətənə, xalqına dərin sevgisi olan insandır.
Xidmətdə əldə etdikləri nailiyyətlərə görə fərqlənən polis işçiləri rayon polis şöbəsinin rəisi tərəfindən Fəxri Fərmanla təltif edildi.
Sonda şəxsi heyət mətin addımlarla tribuna önündən keçdi.